15 C
Bakı
30 Mart 2026 16:06
İdman

Azərbaycanda oyun satılıb? – Video

Futbol üzrə Azərbaycan 1-ci Liqanın 20-ci turunda keçirilən “İrəvan” – “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

 

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər” – AFFA rəsmisi bildirib.

 

Oyun alqı-satqısında şübhəli bilinən həmin qarşılaşmanın videoicmalını təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

“Neftçi” “Qarabağ”a 4 top fərqlə uduzdu

admin

Ərəblər Azərbaycan klubuna və millimizin futbolçusuna böyük məbləğ ödəyəcəklər

redaktor

Çempionlar Liqasında bol qollu bir gecə

admin