11 C
Bakı
30 Mart 2026 02:51
Dünya

İranın ABŞ və İsraillə müharibəsi başlaya bilər – Vaezi

Tehran genişmiqyaslı müharibə istəmir. Amma İran və ya İsrailin artıq kölgədən çıxan münaqişəni qızışdırmağa qərar verib-verməyəcəyi bəlli deyil.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.

 

“İran vəd etdiyi kimi İsrailə hücum etdikdən sonra daha geniş müharibədən qaçmaq istəyəcək, rəsmilər və analitiklər qeyd edirlər ki, iranlılar mülki əhali arasında itkilərin qarşısını almaq üçün yalnız hərbi obyektləri hədəfə alıblar və hücumlarını əvvəlcədən elan ediblər”, – məlumatda deyilir.

 

İran Beynəlxalq Böhran Qrupunun direktoru Əli Vaezi isə qeyd edib ki, İran hökuməti Dəməşqə zərbənin strateji bir dönüş nöqtəsi olduğu qənaətinə gəlib:

 

“İranın illərdir İsraillə apardığı kölgə müharibəsi indi ABŞ-ın da daxil ola biləcəyi çox real və zərərli münaqişəyə çevrilmək təhlükəsi yaradır”.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Azərbaycana gəlir

redaktor

Qəhrəmandan günah keçisinə: beynəlxalq siyasətin ikiüzlü üzü

redaktor

Putinin yaxın adamı Kozak istefa verib –Ukrayna müharibəsinin əleyhinə idi

redaktor