32 C
Bakı
09 Avqust 2025 16:46
Dünya

“Üçüncü dünya müharibəsinin qarşısını ancaq mən ala bilərəm” – Tramp

ABŞ-nin keçmiş prezidenti Donald Tramp deyib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər.


Tacxeber.com
 xəbər verir ki, o bu barədə şənbə günü Pensilvaniya ştatında tərəfdarlarının qarşısında çıxış edərkən danışıb.

“Mən sübut edəcəm ki, bunu edə biləcək yeganə şəxs mənəm, çünki bu insanların (Co Bayden administrasiyasındakı – red.) III Dünya Müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur. Və unutmayın ki, III Dünya Müharibəsi nüvə silahları və heç kimin təsəvvür belə edə bilməyəcəyi bir çox başqa silahlar səbəbiylə heç kimin sağ qalmayacağı bir müharibə olacaq”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu il noyabrın 5-də keçiriləcək. Donald Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı Amerika lideri Co Bayden də artıq Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə səfirindən Anım günü ilə bağlı PAYLAŞIM

redaktor

Rusiyalı jurnalist təşviş içində: Bizi Cənubi Qafqazdan çıxarırlar

redaktor

Tramp Putinə qəzəblənib: ABŞ bundan çəkinir

redaktor