Hadisə

İranın İsrailə hava hücumu nəticəsində 7 yaşlı uşaq öldü

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.

 

Tacxeber.comxəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin “TASS”a açıqlamasında deyib.

 

“Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə diplomat bildirib.

 

Səfir qeyd edib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.

Tacxeber.com

Oxşar xəbərlər

Fazil Mustafaya qarşı terror aktı ilə bağlı istintaqın izləri İrana gedir – XİN

redaktor

Səfirliyimizə hücum zamanı şəhid olan Orxan baş həkimin oğludur

redaktor

İmran Əliyev saxlanıldığı təcridxanada aclıq aksiyasına başlayıb

admin