30 C
Bakı
12 Avqust 2025 10:56
Dünya

Kubaya casusluq edən ABŞ səfiri 15 il həbs cəzasına məhkum edildi

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubaya casusluq etdiyi üçün 15 il həbs cəzası alıb. Amerika məhkəməsi müvafiq qərar qəbul edib.

 

Musavat.com CNN-ə istinadla xəbər verir ki, hakim diplomatı xarici hökumətin agenti kimi fəaliyyət göstərmək üçün sövdələşməyə getdiyinə görə beş il, fəaliyyətinə görə isə daha on il həbs cəzasına məhkum edib.

 

Roça bir neçə onilliklər ərzində Kubaya casusluq etdiyini etiraf edib. Mayami federal məhkəməsində keçirilən dinləmə zamanı siyasətçi hər iki ittiham üzrə təqsirli sayılmağa razı olduğunu bildirib. Müstəntiqlərin fikrincə, Roça 1973-cü ildə Çilidə Kuba kəşfiyyat xidmətləri tərəfindən əməkdaşlığa cəlb edilib.

Tacxeber.com

Oxşar xəbərlər

İran Əliyevlə Pezeşkianın telefon söhbəti haqda niyə fərqli məlumat yayır?

redaktor

Ermənistan müxalifəti nə qərara gəldi?

admin

Azərbaycanda ət yenə bahalaşdı: Qəssablar…

redaktor