20 C
Bakı
24 İyun 2025 06:29
CəmiyyətGündəm

Çingiz Abdullayevi onlar zəhərləyib – Mir Şahin

Real TV -nin rəhbəri, əməkdar jurnalist Mir Şahin xalq yazıçısının zəhərlənməsi olayına özünə məxsus reaksiya verib.

 

Tacxeber.combildirir ki, tanınmış televiziya jurnalisti sosial mediadakı səhifəsində bu barədə belə yazıb:

 

-“Çingiz Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.

 

Hələ ki bu qədər bilirik. Adının əvvəlinə heç bir təyin yazmıram. Sadəcə Çingiz Abdullayev. O zəhərlənib.

 

Və əslində bu xəbər təzə deyil. Neçə müddətdir ki, Çingiz Abdullayev zəhərlənirdi, onu zəhərləyirdilər.

 

Cahiliyyə zəhərləyirdi.

Avamlar zəhərləyirdi.

Amma diaqnoz bu günlərdə təsdiqləndi. Ç. Abdullayevi Ədəbiyyatı yox, “gədəbiyyatı” seçənlər zəhərləyirdilər. Yenə də sakitləşmirlər. Yazıçının vəziyyəti ağırdır, amma mənəvi vəziyyəti daha ağır olan “xəstələr” var ki, ondan əl çəkmirlər.

 

Cızmaqaragüruhçular yenidən sosial şəbəkələri öz nəfəsləri ilə zəhərləyirlər. Hətta Yazıçımıza ölüm arzulayanlar var. Bu bədbəxtlər anlamırlar ki, Çingiz Abdullayevə bu saat şəfa arzulamaq, dua etmək sadəcə vicdanlı olmaqdır.

Şərəfli olmaqdır.

İnsan olmaqdır.

Azərbaycanlı olmaqdır. Özümüzü Şərəfli- Vicdanlı- İnsan- Azərbaycanlı- olmaqdan məhrum etməyək.

İyrənc olmayaq!

Tacxeber.com

Oxşar xəbərlər

Netanyahu o qeydi ilə İrana hücuma işarə edibmiş

redaktor

Emin İbrahimova 10 il həbs cəza ?

admin

Anar Məmmədovun xaricdəki restoranlarının ümumi dövriyyəsi bu qədərdir – AÇIQLANDI

redaktor