Cəmiyyət

Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı – VİDEO

Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.

 

Tacxeber.comxəbər verir ki, bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.

 

Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.

 

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.

Oxşar xəbərlər

Əziz Səncər AMEA-nın fəxri üzvü seçildi

redaktor

Bakıda qadının da üzv olduğu narkoşəbəkə ələ keçdi

redaktor

Bakıda müharibə iştirakçılarına qarşı 60 minlik dələduzluq: Tutulan var – VİDEO

redaktor