11 C
Bakı
29 Mart 2026 08:09
Dünya

Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər

Rusiya və Ukrayna kibercinayətkarlığa görə dünya reytinqində liderdirlər.

 

“Report” xəbər verir ki, bu barədə Oksford universitetinin araşdırmasının nəticəsində məlum olub.

 

Bildirilib ki, Rusiyanı bu siyahıda ilk yerdədir. Rusiyadan sonra siyahıda Ukrayna, Çin, ABŞ və Nigeriya gəlir.

 

Məlumata görə, alimlər üç ildir ki, kibercinayətlərin daha çox haradan qaynaqlandığını öyrənirlər. Onlar kibercinayətin beş vacib növünün əsas mənbəyinin hansı ölkələrin olduğunu öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən 92 ekspert arasında sorğu keçiriblər.

 

Adıçəkilən ölkələrdən başqa, ilk onluğa Rumıniya, Şimali Koreya, Böyük Britaniya, Braziliya və Hindistan da daxil olub.

 

Tədqiqatın müəlliflərindən biri Miranda Bryusun sözlərinə görə, bu məlumatlar milli kibertəhlükəsizlik orqanlarına haker fəaliyyətinin əsas mərkəzlərinin harada yerləşdiyini daha yaxşı anlamağa kömək edəcək: “Biz indi kibercinayətlərin coğrafiyasını və fərqli ölkələrin müxtəlif kibercinayətkarlıq növləri üzrə necə ixtisaslaşdığını daha yaxşı başa düşürük”.

Tacxeber.com

Oxşar xəbərlər

Qırğızıstan dağlarında 11 gün çarəsiz qalan alpinist qadın ərinin öldüyü yerdə vəfat etdi

redaktor

İran Ermənistanın arxasından çəkildi: Rusiya hər an hücum edə bilər – Durum dəyişir

admin

Netanyahu Xameneinin əbasını paylaşıb bunu yazdı – FOTO

redaktor