DünyaHadisə

Ramazan bayramı münasibətilə ziyarətgaha gedənlərin avtobusu dərəyə aşdı

Pakistanın Bəlucistan əyalətində dəhşətli qəza baş verib.

 

Tacxeber.com xəbər verir ki, Hab rayonunda sərnişin avtobusu dərəyə aşıb. Hadisə nəticəsində azı 17 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Avtobusun sərnişinləri Tetta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına – Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.

 

İlkin məlumata görə, sürücü çətin keçidi olan yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanaya aparılıblar. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Almaniya səfiri İran XİN-ə çağırıldı

redaktor

Zalujnı: “Üçüncü dünya müharibəsi başladı, xoş gəlmisiniz”

redaktor

Krım Suriyaya taxıl yağdırır, Ukrayna fəryad edir

admin