15 C
Bakı
27 Sentyabr 2025 16:38
Şou

Efirdə bədənlərini göstərənlər musiqi zövqünü korlayır – Xalq artisti

“Efirdə bədənlərini göstərənlər gənclərin musiqi zövqünü korlayır”.

 

Tacxeber.com axşam.az-a istinadla xəbər verir ki, bu fikri Xalq artisti Nəzakət Teymurova verilişlərin birinə qonaq olarkən deyib.

 

O əlavə edib: “Biz əfsuslar olsun ki, bayağılığı təbliğ edirik. Gözümüzü açandan Şövkət Ələkbərova, Arif Babayev, Hacıbaba Hüseynov kimi bir çox korifey sənətkarlarımızdan bəhrələnmişik. Bacımın nəvəsi bir bayağı ifaçının adını çəkib və deyir ki, ona bənzəmək istəyirəm. O qədər onları təbliğ edirlər ki. Özümüzdən süni şəkildə çox uzaqlaşmışıq. Hər gün efirdə simaları ilə bədənini göstərmək, mənə elə gəlir ki, bizi bir az geri atır. Gənc nəslin musiqi zövqü korlanır”.

Tacxeber.com

Oxşar xəbərlər

Məmur xanım bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi.

admin

“Bozbaş” Picturesin Şirini bacısından imtina edibmiş – BACISI GÖRÜN KİM İMİŞ

redaktor

Aktrisa yuxularından 204 milyondan çox qazanacaq

redaktor