Cəmiyyət

Daha iki tiktoker saxlanıldı, biri həbs edildi – Rəsmi

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, Tiktokda “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanov saxlanılıblar.

 

Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib.

 

R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcək.

 

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, – DİN-in məlumatında deyilir.

 

Xatırladaq ki, bundan öncə “Miri” adı ilə tanınan Mirnamiq Mirələmzadə internetdə yayılması qadağan edilən məlumatlar paylaşdığına görə, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov isə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirdiyinə görə saxlanılıblar.

Tacxeber.com

Oxşar xəbərlər

“Həmin şeytan yuvasını dağıtmaq üçün…” — Əkrəmdən Anarın məqaləsinə REAKSİYA

admin

Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir – Sadəcə ağlasığmazdır.

admin

Ölkəyə gətirilən portağallar təhlükə saçır – İDDİA/VİDEO

redaktor