12 C
Bakı
28 Mart 2026 01:19
Cəmiyyət

Misir Mərdanov müalicəyə başladı – FOTO

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə sabiq nazirin özü məlumat verib.

 

O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb:

 

“Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”.
Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifəsində çalışır.

 

Xatırladaq ki, Fizika-riyaziyyat elmləri doktoru, professor M.Mərdanov 1997-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə isə Azərbaycan Respublikasının təhsil naziri vəzifələrində çalışıb.

Tacxeber.com

Oxşar xəbərlər

Xalq artisti Ceyhun Mirzəyevin qızına görə nazirliyə müraciət etdi

redaktor

“Qaynana ilə bir evdə yaşayan gəlinin necə rəngli intim həyatı ola bilər?” – Video

redaktor

Hacı Şahindən Elşad Miri haqda sərt sözlər: “Canınız buna görə çıxır ki…”

admin