21 C
Bakı
22 İyun 2025 22:12
Şou

“Bir mahnı ilə “Porsche” aldım”

“Bu yaxınlarda bir məclisdə idim, yanımda da müğənni var idi. Bəstəkarlar ona zəng edirdilər. Bu mahnıların qiyməti necə bahadır. Qiyməti 5-10 min manatdır, çox bahadır”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər “Elgizlə izlə” verilişində deyib. O, illər əvvəl Xatirə İslamla ifa etdiyi duetdən qazandığı pulla özünə “Porsche” aldığını bildirib:

 

“Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Yaxşı gəlir gətirir. O vaxt mən Xatirə İslamla mahnı oxumuşdum. Azərbaycanda bu ifa necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər. Çox sağ olsun Xatirə aparırdı, amma hərdən özüm tək də gedirdim. O vaxt maşınım çox zəif idi, bu mahnıdan qəşəng “Porsche” aldım özümə. Amma ondan sonra 2-3 mahnı oxudum, tutmadı. Sonra da ifa etmədim. Bir mahnı ilə 58 min manat qazanmışdım. Bu, 15 il əvvəl olub”.

Tacxeber.com

Oxşar xəbərlər

“Mən Nəfəslə Vəfanın növbəsinə düşə bilmirəm” – Manaf Ağayev

redaktor

“Niyə Azərbaycanca bilmirsən?” – Nadir irad tutdu

redaktor

“Azərbaycanda hara baxırsan sevişməkdən danışırlar, xüsusən də, qadınlar” – Nadir Qafarzadə – FOTO

redaktor