12 C
Bakı
28 Mart 2026 22:12
Cəmiyyət

“TikTok” yeni sosial şəbəkə yaradır

“TikTok” yaradıcıları yeni sosial şəbəkənin – “TikTok Notes”-un yarandığını elan ediblər.

 

Tacxeber.com TechCrunch-a istinadla xəbər verir ki, proqram “Instagram”la rəqabət aparacaq və istifadəçilərə öz “TikTok” hesablarında fotolar yerləşdirmək və mövcud yazılara baxmaq imkanı qazanacaq.

 

“TikTok” nümayəndələri yeni xidmətin inkişafını təsdiqləyiblər. Amma onun dəqiq nə vaxt görünəcəyi hələ məlum deyil.

 

Bu yaxınlarda “TikTok”-un adi versiyasının kodunda fotoların dərci üçün sosial şəbəkə olan “TikTok Photos” xidmətinə, həmçinin “P” hərfini əks etdirən loqoya istinadlar aşkar edilib. Şirkət nümayəndələri bu xəbəri şərh etməyiblər. Üstəlik, işçi adı Şəkillər kimi görünən tətbiqin adının Qeydlər olaraq dəyişdirilməsinə qərar verilib.

 

Xatırladaq ki, “TikTok” Çinin “ByteDance” şirkəti tərəfindən yaradılan qısa videoların dərci üçün sosial şəbəkədir. Tətbiqin bütün dünya üzrə aylıq istifadəçilərinin sayı 1 milyardı ötür.

Tacxeber.com

Oxşar xəbərlər

Neftçalada balıqçılar etiraz aksiyası keçirib

redaktor

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi

redaktor

Mən heç kimin ailəsini dağıtmamışam – Hacıbaba Bağırovun həyat yoldaşı

redaktor