4 C
Bakı
27 Dekabr 2025 02:32
İdman

“Qarabağ” dünya reytinqində 13 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

 

Tacxeber.com IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, 506 komandadan ibarət siyahıya Azərbaycanın 3 təmsilçisi düşüb.

 

13 pillə irəliləyən “Qarabağ” (176,5 xal) 48-cı sırada yer alıb. Bir mövqe irəliləyən “Neftçi” (62 xal) 377-ci, 4 sıra addımlayan “Sabah” (58,75 xal) isə 413-cüdür.

 

Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (401 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” (332 xal) ikinci, İtaliyanın “İnter” (311 xal) kollektivi üçüncüdür.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanovun dünya reytinqindəki yeri

redaktor

Q. Qurbanov “Qarabag” haqqında atmacaya cavab verdi

admin

“Argentina dünya çempionu olacaq“ – İbrahimoviç

admin