Hadisə

Laçında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – nazirlikdən bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Mingəçevirdə binalarda ilanlar peydə oldu – FOTO

admin

Prezident: Kreml Navalnının vəhşicəsinə həyatına son qoydu

redaktor

Rusiya SOCAR-a Odessada zərbə endirdi: ağır yaralananlar var

redaktor