21 C
Bakı
12 Avqust 2025 05:35
Dünya

Ukrayna zərbəsi: Rusiya türk ölkəsindən yardım istədi

Rusiya Qazaxıstandan Ukraynanın pilotsuz təyyarələrinin hücumları nəticəsində yarana biləcək çatışmazlıq və tədarükün kəsilməsi halında ona 100 min ton benzin tədarük etməyə hazır olmasını xahiş edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” 3 mənbəyə istinadla məlumat yayıb.

 

Mənbələrdən biri bildirib ki, Qazaxıstan ehtiyatlarının Rusiya üçün istifadəsinə dair artıq razılaşma var.

 

Agentlik yazıb ki, Belarus artıq Rusiyaya benzin təchizatında kömək etməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, ilin əvvəlindən Ukrayna pilotsuz təyyarələrinin Rusiya neft emalı zavodlarına və neft bazalarına hücumlarının intensivliyi artıb. Bir neçə gün öncə isə Uraldakı Orsk neft emalı zavodu Qazaxıstanı da əhatə edən geniş daşqın səbəbindən hasilatı dayandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Əsəd Suriyadan çıxmazdan əvvəl bu 3 prezidentdən kömək istəyibmiş – Yardım etməyiblər

redaktor

Saakaşvilinin məktubu: Putin öldürmək əmri verib

redaktor

Xameneyi etirazçılara xəbərdarlıq edib

redaktor