20 C
Bakı
22 İyun 2025 02:53
Şou

“Türkiyədəki qiymətlərə şokdayam” – İlhamə Qasımova

“İstanbulda hər şey ucuzdur deyənlər, Türkiyədə o haradadır? Mən şokdayam. Bakıda aldığım türk malı burada 15-20 faiz bahadır”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri müğənni İlhamə Qasımova sosial şəbəkədə yazıb. Sənətçi Türkiyədəki qiymət bahalığından gileylənib:

 

“Devalvasiyanı anlayıram. Lirə olaraq qiymət dəyişilməsi ola bilər, amma valyuta qiymətini də artırırlar axı. Aptekdən saç lakı və başqa bir şey aldım, 14 manat. Bizdə o, 3-4 manatdır. 90 qəpiklik dərman isə 5,90…  İndi hamı deyər ki, o elədir, bu, belədir… Mən misal bunları gətirdim. Hotel qiymətindən tutmuş hər şey eyni haldır. Hər şey belədir. Ölkəmizin qədrini bilək. Bahalaşma bütün dünyada var, amma bizdə bura nisbətən çox yaxşıdır. Allah hamımıza kömək olsun, bu bayramda Allah niyyətlərimizi qəbul etsin”.

 

Qeyd edək ki, İlhamənin Türkiyə səfərinin məqsədi Xalq artisti Salman Qəmbərov “Bakustic Jazz” layihəsi çərçivəsində keçirilən konsertdə çıxış etmək olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Kurtlar vadisi”nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir

redaktor

ATV-nin efirində aparıcını PƏRT ETDİLƏR: “Sənə nə?” – VİDEO

redaktor

Mübariz Mənsimovun oğlu Acun İlıcal qızı ilə birgə… FOTOLAR

admin