25 C
Bakı
23 İyun 2025 13:48
Gündəm

İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək

Ermənistanın silahlı qüvvələrinin Ordumuzun mövqelərini müxtəlif ərazilərdə son 3 gün ərzində 4 dəfə atəşə tutması onun sağlam məntiqdə olmadığını və Fransanın bölgəmizdə yenidən münaqişə yaratmaq aləti kimi ermənilərdən istifadə etdiyini göstərir.

 

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

 

“Ordumuzun törədilən təxribatlara cavab verməsi artıq zərurətə çevrilib. Azərbaycan əsgər və zabitlərinin həyatına, ərazi bütövlüyünə qarşı preventiv tədbirlər görmək hüququnu özündə saxlayır. Ermənistan bu təxribatlardan əl çəkməlidir. Çünki Ordumuz hərəkətə keçsə, bunu nə Paşinyan, nə Makron, nə də başqa havadarları dayandıra biləcək. Rəsmi İrəvan bu gün törətdiyi çoxsaylı təxribatlara, sərhəddə qoşun topladığına və Ordumuza qarşı inşa etdiyi istehkam qurğularına görə qısa müddətdə dərin peşmançılıq hissi keçirəcək”, – hərbi ekspert vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan qüvvələri aprelin 5-dən başlayaraq, Ordumuzun mövqelərini atəşə tutur.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo dırnağına niyə lak çəkir? – ŞOK SƏBƏB – FOTO

redaktor

“Baku Steel Company” şəhid övladını işdən çıxardı: “Dedilər nə olsun ki…”

redaktor

“Vaqner” erası bitdi – Şoyqu və Kadırov Priqojinin ordusunu böldü.

admin