25 C
Bakı
11 Avqust 2025 08:28
Gündəm

İrəvan təxribatdan əl çəkməsə, Ordumuz hərəkətə keçəcək

Ermənistanın silahlı qüvvələrinin Ordumuzun mövqelərini müxtəlif ərazilərdə son 3 gün ərzində 4 dəfə atəşə tutması onun sağlam məntiqdə olmadığını və Fransanın bölgəmizdə yenidən münaqişə yaratmaq aləti kimi ermənilərdən istifadə etdiyini göstərir.

 

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

 

“Ordumuzun törədilən təxribatlara cavab verməsi artıq zərurətə çevrilib. Azərbaycan əsgər və zabitlərinin həyatına, ərazi bütövlüyünə qarşı preventiv tədbirlər görmək hüququnu özündə saxlayır. Ermənistan bu təxribatlardan əl çəkməlidir. Çünki Ordumuz hərəkətə keçsə, bunu nə Paşinyan, nə Makron, nə də başqa havadarları dayandıra biləcək. Rəsmi İrəvan bu gün törətdiyi çoxsaylı təxribatlara, sərhəddə qoşun topladığına və Ordumuza qarşı inşa etdiyi istehkam qurğularına görə qısa müddətdə dərin peşmançılıq hissi keçirəcək”, – hərbi ekspert vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan qüvvələri aprelin 5-dən başlayaraq, Ordumuzun mövqelərini atəşə tutur.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhid Səbuhi Əhmədovun qardaşı nazirliyin verdiyi mənzildən imtina etdi

redaktor

Yeni məktəbli formalarından narazılıq: “Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz…” – FOTO

redaktor

Tanınmış həkimdən TƏBİB rəhbərliyinə sərt sözlər: Xalqın qanını içirsiniz! – VİDEO

redaktor