Kriminal

Əhməd təkrar müayinədən keçiriləcək

Ailəsinin 5 üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel tarixində təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

 

Qeyd edək ki, Əhməd barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel tarixli ilkin rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Tacxeber.com

Oxşar xəbərlər

Əhməd Əhmədov haqqında həkim rəyi açıqlandı

redaktor

Azərbaycanda İcra Hakimiyyəti binasında insident – Qadın həbs edildi

admin

Bakıda aktyor və arvadı 50 minə görə öldürülüb – Təfərrüat

redaktor