Kriminal

Əhməd Əhmədov haqqında həkim rəyi açıqlandı

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixolojiekspertizanın rəyi məlum olub.

 

Tacxeber.com “Report”a istinadla xəbər verir ki, həkim-ekspertlərin rəyinə görə, o, hadisəni anlaqsız törətədib. Onda psixi xəstəliyinin olması ilə bağlı rəy verilib.

 

Həmin rəy istintaq orqanına təqdim edilib.

 

Ə.Əhmədov hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Bir müddət əvvəl məhkəmə istintaq orqanının vəsatəti əsasında onun barəsində psixoloji ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul edib.

 

 

Qərara əsasən, Əhməd Əhmədovun saxlandığı təcridxanadan tibbi-ekspertizadan keçirilməsi üçün ixtisaslaşmış xəstəxanaya aparılmasına icazə verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Məhin Qədiri, İranın ilk və yeganə qadın seriyalı qatili. O, 2006-2009-cu illərdə 6 nəfəri ….

admin

“Lotu Quli”ni doğma qardaşı öldürtdürüb” – Məhkəmədə ŞOK İFADƏ

redaktor

“Independent”: “İsveçrəni qətllər dalğası bürüyüb”

admin