11 C
Bakı
30 Mart 2026 03:10
Sağlamlıq

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər.

 

Tacxeber.com oxu.az-a istinadən bildirir ki, bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib.

 

Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsinq kimi kosmetik prosedurlar zamanı yerli ağrıkəsici kimi satılır. Tərkibində 4%-dən çox lidokain olan məhsullar nizamsız ürək döyüntüsü, qıcolma və tənəffüs çətinliyinə səbəb ola bilər. Onlar həmçinin bir insanın qəbul etdiyi digər dərmanlar və ya əlavələrlə qarşılıqlı təsir göstərə bilərlər. Bu məhsulları dərinin böyük və ya qıcıqlanmış sahələrinə tətbiq etmək və ya anestezikləri plyonkanın altında və ya uzun müddət saxlamaq xüsusilə təhlükəlidir.

 

“Bu məhsullar istehlakçılar üçün qəbuledilməz risk yaradır və satışa çıxarılmamalıdır”, – FDA qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Göyəm yarpağı, çiçəyi və meyvəsi də faydalı

redaktor

Uçuğa yaxşı təsir edən 8 təbii üsul

redaktor

Kişi beyni ilə qadın beyninin fərqli işləməsinin elmi səbəbləri

redaktor