DünyaMuharibə

Rusiya kütləvi hücuma keçdi, Polşa qırıcıları qaldırdı

Bu gecə Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının Ukrayna ərazisində yerləşən hədəflərə raket hücumları ilə bağlı intensiv fəaliyyəti olub.

 

Bu barədə Polşa Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının bəyanatında deyilir.

“Polşanın hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb və Polşa Silahlı Qüvvələrinin Birləşmiş Qərargahı vəziyyəti daim izləyir”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Polşa və müttəfiqlərin təyyarələri hava məkanında işləyir və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Donetskə mütləq qayıdacağıq!

redaktor

İYİ Partiyasında “GET!” ÇAĞIRIŞI – Meral Akşener bu gün İSTEFA VERƏCƏK?

admin

“Crocus City”də terrorun əsl icraçısı kimdir? – “Putinin siması kimi sirlidir!”

redaktor