11 C
Bakı
30 Mart 2026 03:29
CəmiyyətMüsahibə

“Qarabağ”ın direktoru Lunyov məsələsinə aydınlıq gətirdi.

“Qarabağ”ın direktoru Emrah Çelikel açıqlama verib.

 

Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.

“İlk öncə onu deyim ki, bu günə qədər “Qarabağ”ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilərlər. Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi “Qarabağ”la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.

 

Menecerin müsahibəsində klubdan şikayətlənməsinə gəlincə, biz onunla danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki “Qarabağ”ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun “Qarabağ”a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatlıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb” (sportinfo.az).

Tacxeber.com

Oxşar xəbərlər

Pilotların səs yazısı yayıldı – “Təyyarəyə güclü zərbə dəydi”

redaktor

Qaxda xadimə işləyən 37 yaşlı qadın tələbə adını qazandı

redaktor

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

redaktor