23 C
Bakı
22 İyun 2025 17:57
Dünya

Kuzneçov: “Finlandiya qoşunlarını Ukraynaya göndərməyi düşünür”

“Finlandiya hakimiyyəti gələcəkdə öz döyüşçülərini Ukraynaya göndərmək qərarına gələ bilər”.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuzneçov bildirib.

 

O qeyd edib ki, Helsinki bu məsələdə diqqətini Vaşinqtona yönəldəcək.

 

“Finlandiya rəhbərliyinin bəyanatlarına əsasən, Helsinki hələlik öz əsgərlərini Ukraynaya göndərməyi planlaşdırmır. Lakin xarici işlər naziri Elina Valtonenin bəyanatlarına əsasən, Finlandiyanın mövqeyi sürətlə dəyişə bilər”, – deyə diplomat vurğulayıb.

 

Xatırladaq ki, Finlandiyanın xarici işlər naziri Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən demişdi ki, uzunmüddətli perspektivdə Helsinki heç nəyi istisna etməməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

İranlı general ABŞ-yə xəbərdarlıq edib

redaktor

Əsir götürülən İsrail əsgərlərinin taleyi necə olacaq? – HƏMAS açıqladı

admin

İsrailin İran hücumu: azı altı iranlı nüvə alimi həlak olub

redaktor