13 C
Bakı
27 Mart 2026 20:59
DünyaGündəmHadisə

Vicdanınız olsun…

Şəxsən tanıdığımdan bildirirəm ki, ABŞ Nyu York meriyasında məsul vəzifə tutan həmyerlimiz Rəna Abbasovanın həbs olunması ilə bağlı yayılan xəbər yalandır və o evində ailəsinin yanındadır. O meriyanın başqa işçiləri kimi bircə dəfə istintaqa çağrılıb və seçkilərə toplanmış ianələrlə bağlı dindirilib.

 

1917-ci ildə hay-küy eşidən dekabrist nəvəsi qulluqçudan soruşur ki, bayırdakı nə səsdir. Qulluqçu deyir ki, inqilabçıların çağırışıdır. Nəvə deyir ki, mənim babam da inqilabçı olmuşdu, maraqlıdır bunlar nə istəyirlər, sualına qulluqçu, varlıların olmasını istəmirlər deyir. Nəvə deyir: “çox təəccüblüdür mənim babam isə kasıbların olmamasını istəyirdi”.

 

Mən də həmişə həmyerlilərimizin dünyanın harasında olmasından asılı olmayaraq istənilən uğurlarına sevinmişəm. Artıq iki gündür ki, mediada və sosial şəbəkələrdə az qala sevinc hissi ilə “Nyu Yorkda həmyerlimiz Rəna Abbasova həbs olundu” başlığı ilə yalan məlumat paylaşılır. Məlumatın yalan olmasından başqa yayılma tərzi də vicdansızlıqdır. Bundan başqa, bu həm də xaricdə, konkret bu halda ABŞ-da erməni diasporasının əlinə verilmiş bir fürsətdir. Mən hələ bu böhtan kampaniyasından öz çirkin siyasi oyunları üçün istifadə edənləri demirəm.

Aslan İsmayılov

Tacxeber.com

Oxşar xəbərlər

“SPACEX-in “STARSHİP” proqramında dönüş nöqtəsi” İbrahim Nəbioğlu

admin

Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO

redaktor

Zalujnıya “Ukrayna Qəhrəmanı” adı verildi

redaktor