28 C
Bakı
11 Avqust 2025 21:31
Dünya

Rusiyalı idmançıları “bomjlar komandası” adlandırdı – Ara qarışdı

Rusiyalı tenisçi Daniil Medvedev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Vinerə etiraz edib.

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Vinerin Parisdəki Olumpiya Oyunlarında iştirak edəcək rusiyalı idmançıları “bomjlar komandası” adlandırması olub.

 

“Hər bir insanın öz fikrini söyləmək hüququ var – mənim onunla razılaşmamaq hüququm olduğu kimi. Bu cür düşünmək üçün hər kəsin öz səbəbləri var. Öz növbəmdə təkrar edirəm: fürsət olsa, yarışlara məmnuniyyətlə qatılacam”, – Medvedev bildirib.

 

Rusiyanın birinci raketka ustası olan Medvedev indi ATP reytinqində dördüncü yerdədir.

 

Qeyd edək ki, Viner martın 26-da bildirib ki, Rusiya idmançılarının Olimpiya Oyunlarına neytral statusda getməsi alçaldıcıdır: “Parisdə dedilər ki, ruslar bomjlar komandasında yarışmalıdırlar və bu, indi baş verir. Olimpiadaya bayraqsız, himnsiz və ya azarkeşi olmayan bomjlar komandası gedəcək”.

 

Beynəlxalq Tennis Federasiyası (ITF) martın əvvəlində bəyan edib ki, Rusiya və Belarus idmançıları Olimpiya Oyunlarında neytral statusda çıxış edə bilərlər. Bunun üçün BOK-un tələblərinə əməl olunmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Putin Ukrayna ilə bağlı danışıqlar üçün “uyğun yer”in hara olduğunu bildirdi.

admin

Belarus işğal altındakı Ukrayna torpaqlarından əldə etdiyi raps yağını Avropa İttifaqına satır

admin

Milyarder İlon Mask narkotiklərə qurşanıb

redaktor