16 C
Bakı
23 Mart 2026 17:52
Cəmiyyət

Pensiya və maaşlar nə vaxt artacaq? – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.

 

Nazir əlavə edib ki, sosial sahədə əldə olunan nəaliyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək.

 

Tacxeber.com xəbər verir ki, ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov arb tv-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır:

 

“O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir”.

Oxşar xəbərlər

AİHM “Azadlıq” qəzeti ilə bağlı qərarını elan edib: 30 min manatlıq cərimə mətbuatı susdurmağa yönəlib

admin

Problemləri yatmaqla həll etmək mümkündürmü?

redaktor

MÜSLÜMOVUN “CƏZASI” VƏ ƏHALİNİN PENSİYA BƏLASI – Sabiq nazirin oğurluq əmlakları əlindən alınır, pensiyaçılar isə…

redaktor