11 C
Bakı
29 Mart 2026 08:38
CəmiyyətKriminalTəhsil

Orta məktəbdə 56 min manat mənimsənilib, cinayət işi açılıb

Təhsil müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

 

Tacxeber Daşkəsən Rayon Prokurorluğuna istinadən xəbər verir ki, Zəylik kənd tam orta məktəbindəki qanunsuzluqlarla bağlı vətəndaş müraciəti daxil olub.

Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əməkhaqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər

“Şişirdilmiş pullardan 15 faizi Nəcməddin Sadıkova çatıb” – Məhkəmədə şok ifadələr

admin

Quba rayon İcra Hakimiyyəti tədbirə 181 min 580 manat xərcləyəcək- İSRAFÇILIQ DEYİLMİ?

redaktor

Kimsə basıb-bağlayıb ki, Şuşanı bağlayacaqlar, qiymətlər çox normaldır – Fərid Pərdəşünas

redaktor