10 C
Bakı
27 Mart 2026 14:38
CəmiyyətİdmanŞikayət

Azarkeşlərin Qara Qarayevi təhqir etməsinə görə “Qarabağ” cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

 

Tacxeber qafqazinfo-ya istinadən xəbər verir ki, iclasda Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.

 

“Neftçi” – “Qarabağ” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Qarabağ” görüşündə “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib.

Qeyd edək ki, “Qarabağ” azarkeşləri “Neftçi”nin futbolçusu Qara Qarayevi təhqir etmişdilər.

Tacxeber.com

Oxşar xəbərlər

Onkoloqdan xəbərdarlıq: bu qida bağırsaq xərçəngi riskini 40% artırır!

admin

Kahramanmaraşda salınan Azərbaycan məhəlləsinin mənzilləri yaşayış üçün hazırdır – FOTO/VİDEO

redaktor

Bu dərman insanları riskə sövq edirmiş – Azərbaycanda da satılır

redaktor