Dünya

Kadırov məmurları sakinlərin mağaza borclarını ödəməyə çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov məmurları müqəddəs Ramazan ayı şərəfinə sakinlərin ərzaq mağazalarındakı borclarını ödəməyə çağırıb.


Tacxeber.com
TASS-a istinadla xəbər verir ki, o, Qroznıda keçirilən iclasda müvafiq müraciətlə çıxış edib.

“Mən Xədicətdən (Çeçenistan rəhbərinin qızı, region rəhbəri və hökuməti administrasiyası rəhbərinin müavini) SMS aldım ki, bir çox insanlar maddi imkanları olmadığı üçün nisyə mal almağa məcburdurlar.

Onları ödəməkdə köməklik etmək yaxşı olardı. Hətta, yaxşı olardı ki, hamı özünə bir ərazi götürsün və borcları ödəsin”, – Kadırov bildirib.
Kadırov həmçinin bildirib ki, yaşadığı ərazidəki borcları özü ödəyəcək.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor