Siyasət

Erməni deputat Azərbaycana haqq qazandırdı: “Öz torpağını istəyir də…”

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Qaqik Melkonyan 24TV-də Qazaxın işğal altında olankəndlərindən danışıb.

 

Modern.az-ın məlumatına görə, Melkonyan baş nazir Nikol Paşinyanın “kəndləri qaytarmasaq, müharibə olacaq” ifadəsinə haqq qazandırıb. O, Paşinyanın Tavuşun erməni əhalisini müharibə ilə qorxutması barədə iddiaları rədd edib:

 

“Qorxutmaq nədir? Əgər həqiqət deyilibsə, bu qorxutmaqdırmı? Azərbaycan bütün dünyada deyir ki, mənim torpaqlarımı alıblar, verməsələr, zorla geri alacam”, – Melkonyan bildirib.

 

Jurnalistin “bəs sabah Azərbaycan İrəvan və Sevana da iddia edib, “mənim torpağımdır” deyərəsə” sualına deputat belə cavab verib:

 

“İrəvan və Sevan Ermənistanın ərazisidir, Azərbaycan İrəvanı və Sevanı istəmir, öz torpağını istəyir”, – deyə Qaqik Melkonyan rəsmi Bakının Qazaxın işğal altındakı kəndlərinin boşaldılması tələbinə haqq qazandırıb.

 

Hazırda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 7 kəndi var:  Qazaxın eksklav olmayan 4 (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı) və esklav olan 3 (Yuxarı Əskipara, Sofulu, Barxudarlı) kənd, eləcə də Naxçıvanın esklav olan 1 (Kərki) kəndi.

 

Rəsmi Bakı Ermənistandan bu kəndləri təhvil verməyi tələb edib.

Tacxeber.com

Oxşar xəbərlər

Çin yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur.

admin

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

redaktor

Trampın planı təşviş yaratdı – Dərhal təmasa keçdilər

admin