Şou

“AzTV-ni bir küpəgirən qarı zəbt edib” – Yuxu, ya atmaca?

“Bəzi kitabları oxuduqca insanların psixoloju durumunu anlamağa başlamışam. Heç də yaxşı deyil bu hal, insanları görmək istədiyim kimi görmək, olduqları kimi görməkdən daha yaxşıdır bəzən”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Nura Suri yazıb.

 

O, yuxularında kabus gördüyünü bildirib:

 

“Yuxularım da qəribələşib. Nağıllar, kinolar görürəm sanki. Bu gecə yuxuda görmüşəm ki, AzTV-ni bir küpəgirən qarı zəbt edib. Uzun-uzun caynaqları keçirib insanların boğazına, oradan-ora atır, dəli kimi gülür. Ətrafına 5-6 nəfər fağırı yığıb onlara göstəriş verir. Ətrafında da qara tüstü kimi bir şey. Çox qorxunc yəni. Mən də kənardan baxıb psixoloji analiz etmək istəyirəm bunu. Ha düşündüm ki, bir qadını kim bu vəziyyətə salıb axı, cavabın tapmaq istəyəndə, zəng gəldi, oyandım”.

Tacxeber.com

Oxşar xəbərlər

Filipp Kirkorov ABŞ-də yəhudilərin toyunda Azərbaycan mahnısı OXUDU – VİDEO

redaktor

Türkan Şorayın 46 il əvvəl Çingiz Aytmatovla olan görüntüləri – VİDEO

redaktor

Tolik bu məşhurları yıxdı-sürüdü: “Gecə həyatı yaşayırlar…” – Qalmaqal

redaktor