13 C
Bakı
27 Mart 2026 21:18
Cəmiyyət

Qubad İbadoğlunu indi yadlarına salanlara zəruri xatırlatma – O vaxt harada idiniz?

2021-ci ildə azərbaycanlı alim Qubad İbadoğlu ABŞ-nin Rutgers Universitetindəki işindən uzaqlaşdırıldı. O zaman Qubad İbadoğlu bunun səbəbini ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı”nı tanımaq cəhdinə etiraz olaraq dövlət başçısının “Facebook” səhifəsinə yazdığı iki kəlməlik etirazla əlaqələndirdi.

 

Onun sözlərinə görə, bu demarş ABŞ-da yaşayan erməniləri qəzəbləndirmişdi. Elə Rutgers Universitetinin rəhbərliyi də çoxlu sayda erməniəsilli amerikalıların şikayətlərini nəzərə alaraq, 2018-ci ildən başlayaraq bu ali təhsil ocağında çalışan azərbaycanlı alimə qapını göstərməyə məcbur olduqlarını etiraf etmişdi.

 

O zaman nə ABŞ konqresmenləri və senatorları, nə də Azərbaycan müxalifəti səslərini çıxardılar.

 

Qubad İbadoğlu vətənə döndü. İkiaylıq işsizlikdən sonra Londonda yeni iş yeri tapdı və elmi fəaliyyətini Dumanlı Albionla bağladı.

 

İndi isə ABŞ-ın senatorları və professorları Qubad İbadoğlunun azad olunması çağırışı ilə müraciətlər imzalayırlar.

 

Soruşan yoxdur ki, siz azərbaycanlı professorun ABŞ-də işləmək hüququ kobudcasına tapdananda harada idiniz?!

Tacxeber.com

Oxşar xəbərlər

13 il əvvəl 27 milyon dollara alınan “London taksi”ləri yenidən xəttə buraxılır? – AÇIQLAMA

admin

Yasamal Polis idarəsində bir ayağı olmayan qaziyə qarşı zor tətbiq edilib.

admin

Ramazanın 15-ci gününün duası – İmsak və iftar vaxtı

admin