11 C
Bakı
30 Mart 2026 22:55
CəmiyyətGündəm

Boşboğazdırlar, rus dili düşmən dilidir? – Aqil Abbas torta görə əsəbiləşdi – FOTO

Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub.

 

Tacxeber.com xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər.

 

Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb.

 

Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğma dilimizdə təbrik etməməsini bir qədər xoş qarşılamayıblar.

 

Tacxeber.com yazılan tənqidlərlə bağlı mövqeyini öyrənmək üçün Aqil Abbasa zəng etdib. Deputat saytımıza açıqlamasında yazılanları qeyri-obyektiv hesab etdiyini bildirib:

 

“Yəqin ki, təbrik ingiliscə olsaydı, elə şey yazmazdılar. İngiliscə yazılanda niyə dillənmirlər? İngilis dili bu xalqa Azərbaycan dilindən doğmadır? Rus dili düşmən dilidir? Nə fərqi var ki, rus dilidir?

 

İkincisi, mənim nəvələrim Azərbaycan dilində çox gözəl bilir. Onu yazanlar boşboğazdır”, – deyə o söyləyib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?”

redaktor

Cəmilə Ələkbərova erməni jurnalistə: “Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” – VİDEO

redaktor

Dünyada ən motivasiyalı şəxs ayaqyoluna tələsən insandır.

admin