25 C
Bakı
10 Avqust 2025 23:39
Dünya

Türkiyəli məşhur aktyor da seçkilərdə qalib gəldi – FOTO

Türkiyəli məşhur aktyor Erdal Beşikçioğlu namizədlik verdiyi bələdiyyə seçkilərində qalib olub.

 

Tacxeber.com“hürriyet”ə istinadla xəbər verir ki, “Behzat Ç.” rolu ilə məşhurlaşan aktyor Ankaranın Etimesqut mahalının bələdiyyə sədri seçilib.

Bununla da o, türkiyəli aktrisa Fatma Girik və xalq musiqiçisi Faruk Demirdən sonra seçkilərdə qalib gələn ilk məşhurdur.

 

E.Beşikçioğli ötən gün baş tutan seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri sırasında idi.

 

Qeyd edək ki, aktrisa F.Girik 1989-cu ildə bələdiyyə seçkilərdə qalib gəlmişdi.

 

Bundan əlavə, müxtəlif illərdə rokçu Barış Manço, musiqiçi və yazçı Zülfü Livaneli, aktyor levent Kırca, “Yaprak dökümü”nün Alirza bəyi Halil Ergün, aktyor Emre Kınay, müğənnilər Davut Güloğlu və Hakan Peker də bələdiyyə sədrliyinə namizədliklərini versələr də, qalib gələ bilməmişdilər.

 

Xatırladaq ki, Erdal Beşikçioğlu  “Tatlı hayat”, “Köprü”, “Leyla ile Mecnun”, “Kağıt Ev”, “Vali”, “Kurtlar Vadisi Filistin”, “Bergen” və s. film və seriallarda müxtəlif obrazları canlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran yenidən İsrailə hücum edəcək

redaktor

İlon Maskdan Trampla bağlı KRİTİK AÇIQLAMA: “Teodor Ruzveltdən bəri…”

redaktor

Rusiyanın bu ölkələrlə təlimləri Qərbi hiddətləndirdi

redaktor