4 C
Bakı
26 Dekabr 2025 11:11
Kriminal

Terrorçuları çiplərlə idarə ediblər? – ŞOK AÇIQLAMA

“Kreml real terror qruplaşmalarına qarşı tədbir görmədiyi üçün Rusiya ərazisində terror aktları davam edəcək”.

 

Bunu Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

 

“Rusiyanın daxili işlər nazirinin müşaviri Vladimir Ovçinnikov bildirib ki, “Krokus Siti Holl”da terrorçuları onlara quraşdırılmış çiplərdən istifadə etməklə idarə ediblər. Bu, Daxili İşlər Nazirliyinin general-mayorunun sözləridir və onların axmaqlığının səviyyəsini başa düşməyə kifayət edir. Yəni bütün dünya onların ruhi xəstə olduğunu başa düşdü. Rusların problemi odur ki, onları bu cür adamlar idarə edir. Putin terror aktına görə Ukraynanı günahlandırdı və indi onun əlaltıları Putinin sözlərini təsdiqləmək üçün nəsə fikirləşməyə çalışırlar”, – o bildirib.

 

Yaqun qeyd edib ki, Putin rejimi terrorçularla mübarizədə zəif və qeyri-peşəkardır:

 

“Rusiya üçün problemlər yeni başlayır. Dünya kəşfiyyat orqanları ilə danışıqlar aparmaq əvəzinə, səfehliklə məşğuldurlar. Rejim bu problemlə həqiqətən mübarizə aparmağa çalışmır.

 

Rejimin bu cür qeyri-peşəkarlığı və zəifliyi Rusiya ərazisində daha böyük terror aktlarına səbəb olacaq. Çünki onlar terrorçu qruplara qarşı real addım atmırlar”. (Axar.az)

Tacxeber.com

Oxşar xəbərlər

Ağsu icra hakimiyyətində KORRUPSİYA: 2 məmur saxlanıldı .

admin

Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib?

admin

Onun arxasında Ramiz Mehdiyev və qudası Əli Həsənov dayanır

admin