Dünya

Paşinyandan “eşşək şakası”

Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı xəbər gündəmi silkələdi. Təkcə İrəvanda deyil, Bakı və Moskvada da bu məlumat maraqla qarşılandı.

 

Tacxeber.comxəbər verir ki, Nikol Paşinyanın istefa xəbəri həqiqəti əks etdirmir. Paşinyanın lideri olduğu Vətəndaş Müqaviləsi Partiyasının nümayəndələri bu xəbəri təkzib ediblər. Onlar baş nazirin vəzifəsinin icrasının davam etdiyini bildiriblər. “Paşinyan erməni xalqı ilə 1 aprel zarafatı edib”, -deyə “Vətəndaş Müqaviləsi”nin rəsmiləri açıqlama veriblər.

 

Nikolun bu addımı birmənalı qarşılanmayıb. Sosial şəbəkələrin erməni seqmenti baş naziri qeyri-ciddilikdə ittiham edib. Hətta Anadolu türklərindən sitat gətirərək, Paşinyanın hərəkətini “eşşək şakası” adlandıranlar da olub.

Tacxeber.com

Oxşar xəbərlər

İran silkələnir, hər yerdə aksiya, binalara od vuruldu – Video

admin

İranda keçmiş millət vəkilinə şallaq vuruldu: Vəziyyəti ağırdır

redaktor

62 ildən sonra İLK DƏFƏ: Qadınlar kosmoka uçacaqlar, siyahıda dünya ulduzu da var – FOTO

redaktor