29 C
Bakı
14 Avqust 2025 19:40
Siyasət

İranla Azərbaycan arasında münaqişə ola bilər – Şevçenko

İrəvanın bir və ya bir neçə Qərb ölkəsi ilə aşkar yaxınlaşması Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxara bilər. Elə İranla münasibətlər də yenidən gərginləşə bilər.

 

Tacxeber.comxəbər verir ki, bu sözləri tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Oxu.az-a müsahibəsində deyib.

 

O bildirib ki, əgər demokratiyanın inkişafı, nəqliyyat marşrutları və s. şüarlar altında gələn Qərb faktoru varsa, o zaman müharibə təhlükəsi də artır:

 

“Müəyyən şərtlər altında İranla Azərbaycan arasında münaqişənin olması da istisna deyil. Rusiya isə bütün bu vəziyyətdən kənar dayanacaq. Eyni zamanda, İran Rusiyanın regionda aparıcı strateji tərəfdaşıdır, Rusiyaya silah tədarük edir, Fələstin müqavimətini dəstəkləyir, Qərbin diqqət və qüvvələrinin əhəmiyyətli hissəsini öz üzərinə cəlb edir və s.

 

Ermənistanın əsas himayədarı Rusiya deyil, İrandır. Və məhz Tehran həm Zəngəzur dəhlizinə (Ermənistan ərazisindən keçən – red.), həm də Bakı ilə İrəvan arasında sülh müqaviləsinə qarşı çıxır və hesab edir ki, bu, onun maraqlarına uyğun deyil. Fransa isə İranın tərəfdaşıdır və Paris də türk məkanını birləşdirən dəhlizin yaranmasının əleyhinədir.

 

ABŞ öz növbəsində, sadəcə olaraq, Cənubi Qafqaz regionunda mövcudluğunu nümayiş etdirmək və geosiyasi hegemon olaraq qaldığını göstərmək istəyir”.

Tacxeber.com

Oxşar xəbərlər

REALLIQ – Dünyaya diktatura və azadlığı bu ölkə gətirir.

admin

Bağışlayın, amma Azərbaycan doğru tərəfdədir – Verdyan

redaktor

Zelenskidən etiraf: Putinə özünü toparlamasına imkan verməməliyik

redaktor