24 C
Bakı
23 İyun 2025 20:23
DünyaQalmaqalSiyasət

“İran “Crocus”a hücumdan bir neçə gün əvvəl Rusiyanı xəbərdar edib” – “Reuters”

“İran hakimiyyəti “Crocus City Hall”a hücumdan bir müddət əvvəl Rusiyaya ölkədə böyük terror aktı baş verə biləcəyi barədə xəbərdarlıq edib.

 

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda ölümcül partlayışlarla bağlı həbs edilən şəxslərin dindirilməsi zamanı Rusiyada mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, – mənbələrdən biri bildirib.

Agentliyin ikinci mənbəsi bildirib ki, Tehranın məlumatında terrorçuların vaxtı və dəqiq hədəfi ilə bağlı konkret təfərrüatlar yoxdur:

“İranda həbs olunan terrorçulardan biri bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər”.

 

Nəşrin digər mənbəsi bildirib ki, İran illərdir terror aktları ilə üzləşib, ona görə də İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.

Kremlin sözçüsü Dmitri Peskov “Reuters”in xəbəri ilə bağlı sualı cavablandırarkən, bu barədə məlumatı olmadığını deyib. Rusiya Xarici İşlər Nazirliyində həmçinin İranın Rusiya tərəfinə terror aktı hazırlığı barədə məlumat ötürməsi barədə məlumatın olmaması deyilib.

 

Qeyd edək ki, İranda yanvarda 35 nəfər ayın 3-də Kirman şəhərində baş vermiş iki partlayışla əlaqədar saxlanılıb. Kirmanda törədilən terror aktı 1979-cu il İslam İnqilabından sonra ölkədə baş vermiş ən böyük terror aktlarından biri sayılır. Son məlumata görə terror aktı zamanı 100-ə yaxın adam ölüb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

Si Cinpin ordunu müharibəyə hazırlaşmağa çağırdı

redaktor

Telefonu yanına qoyub yatanlara ŞOK – Gecə görün nələr baş verir

redaktor

“Ukraynada münaqişəni dayandırmaq və danışıqlara qayıtmaq lazımdır” – Lukaşenko

redaktor