13 C
Bakı
27 Mart 2026 21:26
Hadisə

“TikTok”er qızlar Bakıda ağır qəzaya düşdü – FOTO

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

 

Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

 

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.

Tacxeber.com

Oxşar xəbərlər

Vəfat edən qızı “Mərcan” klinikasında əməliyyat ediblərmiş – DETALLAR

redaktor

ABŞ-da oyuna başı qarışan həkimlər pasienti itirdilər

redaktor

Dağıstan rəhbəri Sergey Məlikovun səhhəti pisləşib?

admin