8 C
Bakı
09 Fevral 2026 14:54
Hadisə

“TikTok”er qızlar Bakıda ağır qəzaya düşdü – FOTO

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

 

Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

 

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada partlayış: 12 hərbçi öldü

admin

İngiltərədən sifariş edilən kitablar üçün Səhiyyə Nazirliyi sertifikat adı altında 1900 manat pul aldı amma …..

admin

Ukrayna Krımı vurdu: 23 hərbçinin həyatına son qoyuldu

redaktor