Serbiya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə paytaxt Belqraddan 100 km aralıda yerləşən Valevo şəhəri ərazisində naməlum uçan obyekti yaxalamaq üçün havaya qaldırılıb.
Tacxeber Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hava hücumundan müdafiə radarları saat 10:39-da (Bakı vaxtı ilə 13:39) Valevo şəhəri üzərində 5,5 km yüksəklikdə naməlum obyekt aşkarlayıb:
“Serbiya Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandar Vuçiçin əmrinə əsasən bir cüt növbətçi-yaxalayıcı MiQ-29 havaya qaldırılıb, növbətçi hava hücumundan müdafiə sistemləri hava məkanına nəzarəti davam etdirib”.