21 C
Bakı
21 İyun 2025 22:32
CəmiyyətSağlamlıq

İnfarkt və insult riskini azaltmaq istəyən şokolad yesin! – Alimlərdən məsləhət

Şokoladın bir sıra yeni faydaları aşkarlanıb.

 

 Böyük Britaniyanın Aberdin Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində kakaonun bir çox problemin həllində rol oynaya biləcəyini göstərib.

Tədqiqat çərçivəsində hər iki cinsdən olan 42 sağlam könüllüdən kakao ekstraktı ilə zənginləşdirilmiş tünd şokolad yemək tələb olunub. Daha sonra onlardan qan nümunələri götürülüb. Beləliklə, trombositlərin fəaliyyəti qiymətləndirilib.

 

Məlum olub ki, şokolad tromboz riskini azaldır. Belə ki, tünd şokolad yedikdən sonra kişilərdə daha çox azot oksidi əmələ gəlib. Qeyd olunub ki, bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını stimullaşdırır. Bu isə tünd şokoladın trombositlərin yığılmasının və damarlarda qan laxtalarının əmələ gəlməsinin qarşısını ala biləcəyi mənasına gəlir. Nəticədə tünd şokolad yeyən insanın infarkt və insult riski əhəmiyyətli dərəcədə azalmış olur.

Alimlər bunu kakaonun tərkibindəki bitki polifenollarının miqdarının yüksək olması ilə əlaqələndiriblər. Bildirilib ki, polifenollar antioksidant xüsusiyyətlərə malikdir, həmçinin iltihab əleyhinə təsirlidir. Bu birləşmələr damarları da gücləndirir. (Medicina)

Tacxeber.com

Oxşar xəbərlər

“Onu tanıyırdım, videoya baxanda…” – Fərid Mansurov həbs edilən məşqçidən danışdı

redaktor

Sümük və əzələlər üçün kalsiumdan da vacib olan MAQNEZİUMUN növləri

redaktor

DSX mayoruna hücumla bağlı təcili İCLAS KEÇİRİLƏCƏK

admin