Şou

Elza: “Bəstələdiyim mahnılar 100 obyektə dəyər, onlarla dolanıram” – VİDEO

“Bir mahnım var ki, bu gün də ondan dolanıram. Digər mahnım isə 100 obyektə dəyər. Söhbət 1998-ci ildə bəstələdiyim “Son vida” və 2002-ci ildə bəstələdiyim “Tənha” nəğmələrimdən gedir. Mənim “Son vida” mahnım artıq bir həftədən çoxdur ki, “TikTok” video platformasında “trend”dədir. Bunu isə mənə gözəllik salonunda çalışanlar deyib”.

 

Tacxeber.com xəbər verir ki,  bu sözləri Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində deyib.

 

Sənətçi bildirib ki, illər əvvəl bəstələdiyi mahnılar onu bu gün də qazanc gətirir:

 

“Mənə bu mahnılarımdan ruzi gəlir. Bir mahnıma görə pərəstiş edənlərdən biri evimin qapısını döyüb, telefon yollayır mənə. Hərdən olur ki, oturduğum yerdə bir digər mahnıma görə, mənə azuqə göndərirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Röyanın ev qiymətinə olan çantası gündəm oldu – VİDEO

redaktor

“Onlar obraz üçün yox, özləri üçün öpüşürlər” – “Əqrəb mövsümü” tənqid olundu

redaktor

“Kişilərin matəm günüdür“ – Nazilə Səfərli

redaktor