30 C
Bakı
12 Avqust 2025 10:13
CəmiyyətQalmaqalŞikayət

Azərbaycanda 5 min eşşək “yoxa çıxıb” – Ən çox bu rayonlardadır

Azərbaycanda son 1 il əzində eşşəklərin sayında ciddi azalma qedə alınıb.

 

Dövlət Statistika Komitəsinin məlumata görə, 2024-cü ilin əvvəlində ölkəmizdə 14924 baş eşşək olub.

Məlumata görə, eşşəklərin böyük hissəsinin – 10174-nün yaşı 3 və daha çoxdur.

Qeyd edək ki, ötən ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Beləliklə, 1 il ərzində ölkəmizdə 5 mindən artıq eşşək “yoxa çıxıb”.

 

Ümumiyyətlə son 20 ildə Azərbaycana eşşəklərin sayı təxminən 3 dəfə azalıb. 2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə 43.4 min baş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm 14.9 min olub.

Eşşəklərin sayına görə rayonların sıralamasına Lerik başçılıq edir. Belə ki, bu rayonda 1362 baş eşşək var. Onların 1000-ə yaxınının 3 və daha artıq yaşı var.

Sıralamada ikinci yeri 1284 başla Şəmkir rayonu, üçüncü yeri isə 1063 başla Ağstafa rayonu tutur.

 

Statistikaya görə, Bakı şəhərinda cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir.

İqtisadi rayonlar arasında eşşələrin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 baş) və Quba-Xaçmazdır (1812 baş),

İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə 3 baş eşşək var.

 

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

Qazax rayonu – 895 baş

Quba rayonu – 891 baş

Samux rayonu – 728 baş

Tovuz rayonu – 550 baş

Yardımlı rayonu – 553 baş

Sabirabad rayonu – 474 baş

Goranboy rayonu – 468 baş

Astara raonu – 448 baş

 

Modern Təhlil və Araşdırma Qrupu

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün “Sabah” “Neftçi”yə, “Qarabağ” “Şamaxı”ya qarşı

admin

Ülvi Həsənli aclığı dayandırmır və“Abzas Media”nın qadın jurnalistləri də aksiyaya qoşulurlar

admin

Niyə yayda insan şişib kökəlir?

redaktor