12 C
Bakı
28 Mart 2026 18:49
Dünyaİdman

Xabi Alonso özü açıqladı: “Doğrudur”

“Bayer”in baş məşqçisi Xabi Alonso Leverkuzen təmsilçisində qalacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Bu gün insayder Fabrizio Romano mütəxəssisin klubdan ayrılmayacağı haqda paylaşım etmişdi.

Xabi Alonso öz açıqlamasında bu məlumatı təsdiqləyib: “Bayer”in idarə heyətinə, azarkeşlərə, oyunçulara minnətdaram. Mənə elə gəlir ki, birlikdə davam etmək ən yaxşı yoldur. Xəbərlər doğrudur. Mən bu barədə oyunçulara da məlumat vermişəm”.

 

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən “Bayer”i çalışdırır. Onun komandası Bundesliqada 26 turdan sonra 70 xalla liderdir. Ən yaxın izləyicisi “Bavariya”nı 10 xal qabaqlayan “Bayer” bu mövsüm bütün turnirlərdə 38 oyundur ki, uduzmur.

Xabi ilə “Bavariya” və “Liverpul” da maraqlanırdı. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Tiflisdə növbəti etiraz: Xüsusi təyinatlılar yeridildi

admin

Zərdabda Azərbaycan bayrağına və xəritəsinə hörmətsizlik edilib – FOTO

redaktor

“Atletiko” “Borussiya”ya, PSJ “Barselona”ya qarşı

admin