Cəmiyyət

“WhatsApp” istifadəçilərini sevindirəcək daha bir YENİLİK

“WhatsApp” messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

 

Məlumata görə, “WhatsApp” çatlar siyahısında yeni bölmə təqdim edəcək. Bu bölmədə söhbətə başlamaq üçün ünvan kitabçasından təklif olunan yeni kontaktlar göstəriləcək və yeni söhbətlərin başlaması asanlaşdıracaq.

 

Mütəxəssislərin fikrincə, istifadəçilər yeni qarşılıqlı əlaqə üçün təkliflər almamağa üstünlük verərsə, yeni bölmə istənilən vaxt parametrlərdə silinə bilər. Yeni funksiya inkişaf mərhələsindədir. Onun Android cihazları üçün gələcək proqram yeniləməsində mövcud olacağı gözlənilir./baku.ws

Tacxeber.com

Oxşar xəbərlər

“Boşanmış qadına kirayə ev vermirlər ki, əxlaqsızlıq edər” – Psixoloq

admin

Məzhəkə kimi məhkəmə…

admin

İmam qadınlar təyin olunur? – “İbadətdə cinsiyyət fərqi yoxdur, hər iki cins eynidir”

redaktor