“Qarabağ”da ilk titulumla yanaşı, peşəkar idmançı kimi də birinci titulumdur. Bu da mənə əlavə sevinc bəxş edir”.
Bu sözləri “Qarabağ”ın hücumçusu Juninyo Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz” üzərində qazanılan 6:1 hesablı qələbədən sonra Ağdam klubunun 11-ci çempionluğunu rəsmiləşdirməsi haqda danışarkən deyib. O, mövsümün sonuna 8 tur qalmış qızıl medallara sahib çıxmalarına belə münasibət bildirib:
“Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidir. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi”.